14 iyul 2025. Bazar ertəsi

“Real” üçün 50 milyonluq müdafiəçi


  • Transfer
  • 16:35 15.05.2025
  • Oxunma sayı: 85
“Real” üçün 50 milyonluq müdafiəçi

"Real Madrid" sol cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün transfer hədəfini müəyyənləşdirib.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu Portuqaliyanın "Benfika" klubunun sol cinah müdafiəçisi Alvaro Karrerası ilə maraqlanır.

Karrerasın müqaviləsində 50 milyon avroluq satın alma opsiyonu var. Lakin "Real Madrid" rəhbərliyi, transferi həyata keçirmək üçün bu məbləğin azaldılması üçün danışıqlara ümid edir.

Potensial problem odur ki, “Mançester Yunayted” dekabrın 31-dək Karrerası 18 milyon avroya geri almalıdır. Eyni zamanda, "Real Madrid" “qırmızı şeytanlar”la danışıqlar aparmağı planlaşdırmır. Karrerasın özü İngiltərəyə qayıtmaq fikrində deyil. Əgər Alvaro Karrerasını ala bilməsələr, "Real" alternativ olaraq Teo Hernandes ("Milan") və ya Miloş Kerkez ("Bornmut") kimi futbolçulara müraciət edəcək.

 22 yaşlı futbolçu, "Mançester Yunayted"ə keçməzdən əvvəl uzun illərini “Real Madrid”in gənclər akademiyasında keçirib.







Transfer

Moyze Kin Ərəblərə "yox" dedi
  • Transfer
  • 00:23 14.07.2025
Moyze Kin Ərəblərə "yox" dedi
"Traktor"dan növbəti transfer
  • Transfer
  • 20:37 13.07.2025
"Traktor"dan növbəti transfer