14 dekabr 2025. Bazar günü

Portuqaliya Futbol Federasiyası yayılan xəbərləri təkzib edib


  • Transfer
  • 17:22 15.05.2025
  • Oxunma sayı: 142
Portuqaliya Futbol Federasiyası yayılan xəbərləri təkzib edib

Portuqaliya Futbol Federasiyası (FPF) "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ilə danışıqlar aparacağı barədə yayılan xəbərləri təkzib edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. FPF, Mourinyo ilə heç bir əlaqələrinin olmadığını və millinin hazırkı baş məşqçisi Roberto Martinezin müqaviləsinin 2026-cı ilə qədər qüvvədə olduğunu vurğulayıb.

Bu gün Türkiyə mətbuatında İstanbul təmsilçisinin baş məşqçisinin Portuqaliya millisinə baş məşqçi təyin olunmağa yaxın olduğu barədə məlumatlar yer almışdı Mourinyonun UEFA Millətlər Liqasının cari mövsümündən sonra Portuqaliya millisinin başına keçəcəyi gözlənilirdi.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində