16 iyul 2025. Çərşənbə

"Liverpul" Trentin vaxtından əvvəl transferinə qarşıdır


  • Transfer
  • 21:25 15.05.2025
  • Oxunma sayı: 84
"Liverpul" Trentin vaxtından əvvəl transferinə qarşıdır

"Real Madrid" İngiltərənin "Liverpul" klubundan sağ cinah müdafiəçisi Trent Alexander-Arnoldun iyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatına qədər komandaya qoşulmasını istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu iyunun 30-da başa çatacaq müqavilənin vaxtından əvvəl ləğvi üçün "Liverpul"a 850 min funt-sterlinq təzminat ödəməyə hazırdır. Lakin mersisayd təmsilçisi futbolçunu müqavilə müddəti başa çatmadan buraxmaq niyyətində deyil.

Bildirilir ki, "Liverpul" Alexander-Arnoldun "Real Madrid"ə mümkün keçidi ilə bağlı xəbərlərin mövsüm ərzində yayılmasından və bunun futbolçunun oyununa mənfi təsir etməsindən narazıdır. Klub hesab edir ki, İspaniya nəhənginin təklif etdiyi məbləğ oyunçunun vaxtından əvvəl transferi üçün kifayət qədər əsas vermir.







Transfer