28 mart 2026. Şənbə

Cordi Alba "İnter Mayami" ilə yeni müqavilə imzalayıb


  • Transfer
  • 22:31 15.05.2025
  • Oxunma sayı: 182
Cordi Alba "İnter Mayami" ilə yeni müqavilə imzalayıb

ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən təcrübəli futbolçu Cordi Alba komandası ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

MLS təmsilçisi 36 yaşlı sol cinah müdafiəçisinin sözləşməsini 2027-ci ilə qədər uzadıb.

Bu mövsüm Alba "İnter Mayami"nin heyətində 17 matçda iştirak edib. O, həmin oyunlarda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer