- Transfer
- 05:56 15.06.2025
"Aston Villa"da icarə əsasında çıxış edən "Mançester Yunayted"in vingeri Markus Reşford, "Barselona"ya keçə bilər.
90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, ingilis futbolçu ilə müqavilə imzalamaq ideyasını Kataloniya komandasının cinah oyunçusu Lamin Yamal dəstəkləyib. Yamal, Reşfordla eyni komandada çıxış etmək arzusundadır.
Daha əvvəl məlum olmuşdu ki, Reşford, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik və komandanın hücumçusu Robert Levandovski ilə əlaqələrini təmsil edən agent Pini Zahavi ilə əməkdaşlığa başlayıb.
Reşford bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı forvardın dəyərini 50 milyon avro qiymətləndirir.