15 aprel 2026. Çərşənbə

Zidan'dan Neymar açıqlaması


  • Transfer
  • 16:03 23.08.2019
  • Oxunma sayı: 578
Zidan'dan Neymar açıqlaması

Real'ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Neymarın mümkün transferinə münasibət bildirib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis bunu istisna etməyib.Təcrübəli məşqçi ancaq Neymar barədə düşünmədiyini söyləyib: "Bizim sabah oyunumuz var. Mən və bütün komanda hazırda bu barədə düşünürük. O ki qaldı Neymara, hər şey ola bilər. 2 sentyabrın tezliklə gəlməsini istəyirəm. O vaxt onunla bağlı suallar da bitər".

Qeyd edək ki, Neymar "Real"la yanaşı, "Barselona"nın da maraqlandığı iddia olunur.







Transfer