14 dekabr 2025. Bazar günü

Huysen "Real"la 2030-cu ilə qədər müqavilə imzalayacaq


  • Transfer
  • 20:57 16.05.2025
  • Oxunma sayı: 222
Huysen "Real"la 2030-cu ilə qədər müqavilə imzalayacaq

"Bornmut"un mərkəz müdafiəçisi Din Huysen "Real Madrid"lə 2030-cu ilə qədər müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

20 yaşlı futbolçu ilə "Kral klubu" mayın 22-də futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Huysenin maaşı ilkin olaraq mövsümdə 9 milyon avro olacaq, lakin sonradan nəticələrdən asılı olaraq 11 milyon avroya qədər arta bilər.

İspan müdafiəçi ilə maraqlanan İngiltərə çempionatı klublarının ona daha yüksək maaş verməyə hazır olduğu, lakin “qaymaqlılar”ın rəhbərliyinin futbolçunu və ətrafını “Real”a keçmək perspektivinə inandırdığı vurğulanır.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində