14 dekabr 2025. Bazar günü

"Atletiko"nu "İnter"ə dəyişə bilər


  • Transfer
  • 23:10 16.05.2025
  • Oxunma sayı: 139
 "Atletiko"nu "İnter"ə dəyişə bilər

"İnter" bu yay yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, Milan təmsilçisi Madrid "Atletiko"sunun futbolçusu Rodriqo de Paulun komanda üçün ideal seçim olduğunu düşünür.

"İnter" artıq argentinalı yarımmüdafiəçi ilə bağlı danışıqlara başlayıb.

Klubun nikbin olmasına səbəblərdən biri də De Paulun əvvəllər İtaliyada çıxış etməsidir.

O, 2016–2021-ci illər ərzində "Udineze"nin heyətində oynayıb.2022-ci ilin sonunda Rodriqo de Paul Argentina millisinin tərkibində dünya çempionu olub. Nüfuzlu Transfermarkt portalı 30 yaşlı futbolçu 25 milyon avro qiymət qoyub.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində