- Transfer
- 12:26 14.06.2025
"Real Madrid" "Liverpul"un müdafiəçisi İbrahima Konate ilə maraqlanır.
90deqiqe.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu fransalı futbolçunu gələn yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Mənbənin bildirdiyinə görə, mersisayd təmsilçisi Konate ilə müqaviləni uzatmaq üçün bir neçə dəfə cəhd etsə də, futbolçu təklifləri qəbul etməyib. Klub daxilində isə müdafiəçinin “Real Madrid”ə keçmək ehtimalı ciddi narahatlıq doğurur.
Qeyd edək ki, daha əvvəl Trent Alexander-Arnold da "Liverpul"dan ayrılmaq qərarı vermiş və azad agent kimi "Real Madrid"ə keçməsi gözlənilir. Madrid klubu Konate ilə də oxşar strategiyanı tətbiq edə bilər.
25 yaşlı Konate 2021-ci ildən "Liverpul"un heyətində çıxış edir.