27 dekabr 2025. Şənbə

"Real Madrid" 60 milyona oyunçu aldı


  • Transfer
  • 21:44 17.05.2025
  • Oxunma sayı: 115
"Real Madrid" 60 milyona oyunçu aldı

"Bornmut"un mərkəz müdafiəçisi Din Huysen karyerasını "Real Madrid"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “qaymaqlılar”ın mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun iyunun 1-də “Real Madrid”ə keçəcəyi, buna görə də 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edə biləcəyi bildirilir.

Müdafiəçinin müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

İspaniyalının transferi "Real"a 60 milyon avroya başa gəlib. Bu, futbolçunun "Bornmut"la müqaviləsində nəzərdə tutulan satın alma bəndinin dəqiq məbləğidir.

Bu mövsüm Huysen bütün turnirlərdə 34 matçda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a