14 dekabr 2025. Bazar günü

"Arsenal" və "Liverpul" bu oyunçu üçün mübarizə aparır


  • Transfer
  • 22:03 17.05.2025
  • Oxunma sayı: 107
"Arsenal" və "Liverpul" bu oyunçu üçün mübarizə aparır

“Vest Hem”in cinah oyunçusu Məhəmməd Kudus Premyer Liqanın iki nəhəng klubunun maraq dairəsinə düşüb.

 90deqiqe.Az  "TBR Football"a istinadən xəbər verir ki, söhbət “Arsenal” və “Liverpul” komandalarından gedir. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

24 yaşlı futbolçunun mümkün transferi 77-83 milyon avro aralığında qiymətləndirilir. “Vest Hem” bu məbləğ çərçivəsində daxil olacaq təklifləri dəyərləndirməyə hazırdır.

Hazırkı oyun kampaniyasında Kudus London komandası üçün 33 oyun keçirib, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Cinah oyunçusunun "Vest Hem"lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı