2 iyul 2026. Cümə axşamı

"Barselona" və "Real Madrid" bu müdafiəçini transfer etmək istəyir


  • Transfer
  • 22:08 17.05.2025
  • Oxunma sayı: 152
"Barselona" və "Real Madrid" bu müdafiəçini transfer etmək istəyir

İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Barselona” və “Real Madrid”in transfer hədəfindədir.

İddiaya görə, Quehi “La Liqa” nəhənglərindən birinə keçmək üçün “Kristal Pelas”la olan müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırdır. Lakin müdafiəçinin transferi üçün potensial alıcı klubun London təmsilçisinə təxminən 50 milyon avro ödəməsi tələb olunur.

Hazırda Quehi İngiltərə Premyer Liqasında sabit çıxışı ilə seçilir və İspaniya klublarının marağı bu performansla əlaqələndirilir.

Bu mövsüm Mark 43 matçda iştirak edib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Onun ingilis klubu ilə əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.







Transfer