- Transfer
- 23:11 19.06.2025
"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzi İtaliya çempionatına gedə bilər.
90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, niderlandlı hücumçunun xidmətində Milanın "İnter"i maraqlıdır.
“Neradzurrilər” onun üçün 40 milyon avro təklif edərsə, “qırmızı şeytanlar” Zirkzini buraxmağa hazırdır. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
23 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Coşuanın "qırmızı şeytanlar"la hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.