15 aprel 2026. Çərşənbə

Emeri onlara qapını göstərdi


  • Transfer
  • 17:23 23.08.2019
  • Oxunma sayı: 437
Emeri onlara qapını göstərdi

Arsenal iki futbolçusu ilə yollarını ayıra bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Şkodran Mustafi və yarımmüdafiəçi Mohamed Elneni komandasını dəyişməyə hazırlaşır.

Hər iki futbolçuya "transfer pəncərəsi" bağlanana qədər özünə yeni komanda tapmağı bildirib. Baş məşqçi Unay Emeri də onların gələcək planlarında yer almadığını və  daha çox oyun praktikası əldə etmək üçün başqa kluba keçməyin ən yaxşı variant olduğunu deyib.

Qeyd edək ki, hər iki oyunçu 2016-cı ildən "Arsenal"da çıxış edir.







Transfer