- Transfer
- 23:59 26.12.2025
"Real Madrid" rəhbərliyi yaxın vaxtlarda “Arsenal”ın müdafiəçisi Uilyam Salibanı almağı planlaşdırmır.
90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu fransalı müdafiəçinin "Arsenal" üçün nə qədər vacib fiqur olduğunu anlayır və məhz bu səbəbdən "topçular" futbolçunu 100 milyon avrodan aşağı qiymətə buraxmağa hazır deyillər.
Bu mövsüm Saliba bütün yarışlarda 50 oyun keçirib və iki qol vurub.
Müdafiəçinin "Arsenal"la hazırkı əmək müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.