16 iyul 2025. Çərşənbə

 "Napoli" uruqvaylı hücumçuya görə Premyer Liqa klubu ilə əlaqə saxlayıb


  • Transfer
  • 23:21 17.05.2025
  • Oxunma sayı: 84
 "Napoli" uruqvaylı hücumçuya görə Premyer Liqa klubu ilə əlaqə saxlayıb

"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını "Napoli"də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "qırmızılar" uruqvaylı futbolçunu bu yay satmağı düşünür. Neapol təmsilçisi artıq Nunesin potensial transfer şərtlərini müzakirə etmək üçün "Liverpul"la əlaqə saxlayıb.

25 yaşlı futbolçuya marağın Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri tərəfindən də olduğu bildirilir.

Darvin Nunesin dəyəri, "Transfermakt"a görə, 50 milyon avrodur. Bu mövsüm Arne Slotun komandasında bütün yarışlarda 47 oyun keçirən forvard yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib.







Transfer