1 aprel 2026. Çərşənbə

Ferran Torres Premyer Liqaya qayıda bilər


  • Transfer
  • 23:36 17.05.2025
  • Oxunma sayı: 172
Ferran Torres Premyer Liqaya qayıda bilər

"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqasına keçə bilər.

90deqiqe.Az "Birmingham Mail"ə istinadən xəbər verir ki, ispan futbolçunun xidmətində "Aston Villa" maraqlıdır. İngiltərə klubu 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

“Mavi qranatlar”a gəlincə, klub rəhbərliyi Ferranla 50 milyon avroya ayrılmağa hazırdır.

Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

2024/2025 mövsümündə hücumçu 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer