- Transfer
- 23:56 14.07.2025
"Çelsi"nin qarşıdakı yay transfer pəncərəsi üçün planları məlum olub.
90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, London klubu mərkəz müdafiəçisi mövqeyinə yeni oyunçu transfer etməyi planlaşdırır. “Mavilər”in transfer siyahısında hazırda “Kristal Pelas”dan Mark Quehi və “Everton”dan Carred Brantvayt yer alır.
"Zadəganlar" artıq hər iki futbolçunun agenti ilə əlaqə saxlayıb.
Bu mövsüm 24 yaşlı Quehi bütün yarışlarda 43 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.
22 yaşlı Brantvayt bu kampaniyada 32 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
"Çelsi" hazırda 66 xalla İngiltərə Premyer Liqasında 4-cü yerdədir.