- Transfer
- 05:56 15.06.2025
“Bayer Leverkuzen”in cinah oyunçusu Ceremi Frimponq yaxın vaxtlarda “Liverpul”a keçməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, Frimponqla bağlı müqavilə son mərhələdədir .Bildirilir ki, şəxsi müqavilənin bütün təfərrüatları demək olar ki, razılaşdırılıb və “Liverpul” 35-40 milyon avroluq satın alma maddəsini ödəməyə hazır olduğundan transfer məbləğində heç bir problem olmayacaq.
Bu mövsüm 24 yaşlı Frimponq bütün turnirlərdə 48 matçda meydana çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə verib.
Transfermarkt mütəxəssisləri niderlandlının dəyərini 50 milyon avro qiymətləndirib.