14 dekabr 2025. Bazar günü

Cude Bellinqhemin qardaşı Bundesliqa klubuna keçir?


  • Transfer
  • 14:40 18.05.2025
  • Oxunma sayı: 94
Cude Bellinqhemin qardaşı Bundesliqa klubuna keçir?

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellinqhem karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Frankfurt “Ayntraxt”ı ingilis futbolçunun transferində maraqlıdır.

Klub 2025/26 mövsümündə iştirak edəcəyi Çempionlar Liqası öncəsi heyətini 19 yaşlı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Cob Bellinqhem hazırda İngiltərənin Çempionşip təmsilçisi “Sanderlend”in formasını geyinir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. Gənc futbolçunun transfer dəyəri isə 22 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cob məşhur ingilis futbolçusu, “Real Madrid”in ulduzu Cude Bellinqhemin kiçik qardaşıdır.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində