- Transfer
- 23:31 31.03.2026
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldoya Braziliya klubundan cəlbedici təklif gəlib.
90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq hücumçu üçün adı açıqlanmayan Braziliya klubu bazar dəyərindən yüksək şərtlər təklif edir. Bildirilir ki, transferə üçüncü tərəf investorları da cəlb oluna bilər.
Sövdələşmə gerçəkləşəcəyi təqdirdə, Ronaldonun 2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatında iştirak etmək imkanı yaranacaq.
Hazırda “Əl-Nəsr” və 40 yaşlı futbolçunun klubdakı gələcəyi sual altındadır. Səudiyyə Ərəbistanı təmsilçisi Ronaldonun komanda ilə keçirdiyi dövrdə ciddi uğur əldə etmədiyini nəzərə alaraq, müqavilənin uzadılmasını məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, 2025 FIFA Klublararası Dünya Çempionatında Braziliyanı "Palmeyras", "Flamenqo", "Fluminense" və "Botafoqo" klubları təmsil edəcək.