- Transfer
- 23:11 19.06.2025
"Real Madrid"in qapıçısı Andrey Luninin yay transfer dönəmində klubu tərk edə bilər.
90deqiqe.Az "Takvim" nəşrinə istinadən xəbər verir ki, ukraynalının xidmətində Türkiyənin iki aparıcı klubu – "Qalatasaray" və "Fənərbağça" maraqlıdır.
"Sarı kanareykalar" daha qətiyyətli mövqe nümayiş etdirir və artıq qolkiperin agenti ilə ilkin əlaqə saxlayıb.
Luninin gələcəyi ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.
Bu mövsüm bir sıra möhtəşəm çıxışlar etməsinə baxmayaraq, ukraynalı qolkiper əsas heyətdə sabit yer qazana bilməyib.Lunin bu mövsüm 12 oyun keçirib, 19 qol buraxıb və 4 qapısını təmiz saxlayıb.