28 mart 2026. Şənbə

Xavi Simonsla dörd top klub maraqlanır


  • Transfer
  • 23:11 18.05.2025
  • Oxunma sayı: 146
Xavi Simonsla dörd top klub maraqlanır

"Leipsiq"in yarımmüdafiəçisi Xavi Simons yay transfer dönəmində klubdan ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki, Bundesliqa klubu niderlandlı futbolçunu heyətində saxlamaqda çətinlik çəkir. Gənc oyunçuya maraq göstərən klubların sayı artır.

 Simonsla "Arsenal", "Mançester Yunayted", "Liverpul" və "Bavariya" kimi nəhəng klublar yaxından maraqlanır.

"Leipsiq" isə yarımmüdafiəçini 80 milyon avroya satmağa hazırdır.

22 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 33 matçda 11 qol vurub və 8 məhsuldar ötürmə edib.Transfermarkt portalı yarımmüdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir.







Transfer