20 iyun 2025. Cümə

"Ronaldo kimi ulduza yox demək olmaz"


  • Transfer
  • 22:24 19.05.2025
  • Oxunma sayı: 129
"Ronaldo kimi ulduza yox demək olmaz"

"Botafoqo"nun baş məşqçisi Renato Paiva 40 yaşlı hücumçu Kriştiano Ronaldo ilə müqavilə imzalamaq ehtimalından danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Milad bayramı yalnız dekabrda olur. Amma Ronaldo gəlsə, belə bir ulduza yox demək olmaz. Mən heç nə bilmirəm, sadəcə qeyd edirəm ki, məşqçilər həmişə ən yaxşısını istəyir. Ronaldo bu yaşda belə qol vuran maşındır".

Qeyd edək ki, daha əvvəl mətbuatda portuqaliyalı futbolçunun Braziliyadan, klublararası dünya çempionatında iştirak edəcək adı açıqlanmayan bir komandadan təklif aldığı yazılmışdı. Həmin turnirdə Braziliyanın “Botafoqo”, “Fluminense”, “Flamenqo” və “Palmeyras” klublarının iştirak edəcəyi gözlənilir.







Transfer