- Transfer
- 23:59 26.12.2025
Bu il “Qızıl top” mükafatının yeni sahibi sentyabr ayında müəyyənləşəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb.
Nüfuzlu mükafatın təqdimetmə mərasimi sentyabrın 22-də keçiriləcək. Bu, “Qızıl top”un ardıcıl 69-cu təqdimat mərasimi olacaq və ənənəvi olaraq Fransanın paytaxtı Parisdə baş tutacaq. Dünya futbolunun ulduzları Şatle teatrında bir araya gələcək.
Daha əvvəl məlumat yayılmışdı ki, bu ilin ən nüfuzlu fərdi futbol mükafatını alacaq favoritlər “Barselona”dan Rafinya və Lamin Yamal, PSJ-dən Usman Dembele və “Liverpul”dan Məhəmməd Salahdır.
Xatırladaq ki, ötən il mükafata “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri sahib olub.