- Transfer
- 23:11 19.06.2025
"Milan"ın yarımmüdafiəçisi Tijani Reynders bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişə bilər.
90deqiqe.Az “Sky Sport”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində "Mançester Siti" və "Real Madrid" maraqlıdır.
Reynders özü Mançester komandasına üstünlük verir. Yarımmüdafiəçi Xosep Qvardiolanın rəhbərliyi altında çalışmaq istəyir.
Qeyd edək ki, artıq "Siti" təmsilçiləri niderlandlının transferi ilə bağlı "Milan"la ilkin danışıqlar aparıb. Mütəxəssislər futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirirlər.
Xatırladaq ki, bu mövsüm Tijani Reynders “rossonerilər”in heyətində İtaliya çempionatında 36 oyun keçirib, on qol vurub və dörd məhsuldar ötürmə edib.