14 iyun 2025. Şənbə

Ceremi Frimponq "Liverpul"la razılığa gəldi


  • Transfer
  • 15:13 20.05.2025
  • Oxunma sayı: 57
Ceremi Frimponq "Liverpul"la razılığa gəldi

"Bayer Leverkuzen"in sağ cinah müdafiəçisi Ceremi Frimponq yaxın vaxtlarda "Liverpul"un heyətinə qoşulacaq.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu yaxın 24 saat ərzində Mersisayd təmsilçisi ilə müqavilə imzalayacaq.

Niderlandlı müdafiəçinin tibbi müayinədən keçdiyi, hazırda müqavilənin rəsmiləşdirilməsi və rəsmi açıqlamanın gözlənildiyi bildirilir.

Frimponq bu mövsüm bütün turnirlərdə 48 matçda meydana çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə verib.

Transfermarkt portalının məlumatına görə, müdafiəçinin dəyəri 50 milyon avrodur.







Transfer