16 iyul 2025. Çərşənbə

"Real Madrid" yeni hücumçu tapıb


  • Transfer
  • 17:41 20.05.2025
  • Oxunma sayı: 71
"Real Madrid" yeni hücumçu tapıb

"Osasuna"nın mərkəz hücumçusu Ante Budimir karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az "Okdiario"ya istinadən xəbər verir ki, "Real Madrid" mövsümün ortasında yeni hücumçu axtarışındadır və bu dəfə hədəf, oyunun keyfiyyətinə görə Joseluya bənzəyən, hazırda yüksək formadakı 33 yaşlı xorvatiyalı hücumçu Ante Budimirdir.

"Qaymaqlılar"ın təcrübəli hücumçusu cari mövsümdə yüksək performans göstərərək, Madridin marağını qazanıb. Hazırda Budimirin transferi "Real Madrid"in gələcək planlarına daxil edilib və klubun yeni hücumçusunun kim olacağı yaxın zamanlarda daha da aydınlaşacaq.

Bu mövsüm Budimir bütün turnirlərdə 41 matçda meydana çıxıb, 24 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt-ın məlumatına görə, Budimirin dəyəri beş milyon avrodur.







Transfer