27 dekabr 2025. Şənbə

Florian Virts, Alonso ilə "Real Madrid"ə gəlir


  • Transfer
  • 17:44 20.05.2025
  • Oxunma sayı: 95
Florian Virts, Alonso ilə "Real Madrid"ə gəlir

Xabi Alonso tezliklə "Real Madrid"i çalışdırmağa başlayacaq. 

90deqiqe.Az "Radio Marca"ya istinadən xəbər verir ki, ispan mütəxəssis artıq Madrid klubuna rəhbərlik etmək üçün planlarını hazırlamağa başlayıb.

Alonso "Real Madrid"də baş məşqçi olaraq fəaliyyətə başlamazdan əvvəl, son illərdə "Bayer"də birlikdə çalışdığı yarımmüdafiəçi Florian Virtsi komandasında görməyi planlaşdırır. Daha əvvəl, 22 yaşlı futbolçu "Mançester Siti"nin diqqət mərkəzində olsa da, ingilis klubu onun transferi üçün mübarizədən kənarda qalmışdı.

Virtsin transferinə əsas namizədlər isə "Bavariya" və "Liverpul" klublarıdır. Ancaq Alonso, "Real Madrid"ə baş məşqçi kimi gəldikdən sonra, bu transferi həyata keçirmək üçün güclü addımlar atmağı hədəfləyir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a