- Transfer
- 05:56 15.06.2025
“Botafoqo”nun baş məşqçisi Renato Paiva klubun “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə maraqlandığına dair yayılan iddialara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "ESPN" funksionerin dediklərini belə çatdırıb.
“Milad yalnız dekabrda gəlir... Amma o gələrsə, belə bir ulduzdan imtina etmək mümkün olmaz. Mən bu barədə heç nə bilmirəm, sadəcə suala cavab verirəm. Məşqçilər isə həmişə komandaları üçün ən yaxşısını istəyirlər. Ronaldo hələ də çox sayda qol vurur. O, hücum yaratmaq qabiliyyəti olan komandada çox yaxşı çıxış edərdi.”
Xatırladaq ki, daha əvvəl mətbuatda klublararası dünya çempionatında iştirak edən Braziliyanın adı açıqlanmayan klubunun 40 yaşlı hücumçu ilə müqavilə imzalamaq istədiyi barədə xəbərlər yayılmışdı.