20 iyun 2025. Cümə

Braziliyalı futbolçu "Real"ı "Çelsi"yə dəyişir


  • Transfer
  • 21:37 20.05.2025
  • Oxunma sayı: 74
Braziliyalı futbolçu "Real"ı "Çelsi"yə dəyişir

“Real Madrid”in hücumçusu Rodriqo Qoes karyerasını “Çelsi” klubunda davam etdirə bilər.

90deqiqe.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, London klubu yay transfer pəncərəsində braziliyalının mümkün transferini nəzərdən keçirir."Zadəganlar" hələlik “Los Blancos”la rəsmi danışıqlara başlamasa da, 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, yay transfer pəncərəsi İspaniyada 1 iyulda, İngiltərədə isə 12 iyunda açılır.

Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.







Transfer