27 dekabr 2025. Şənbə

Uqo Larsson “Real Madrid”in maraq dairəsindədir


  • Transfer
  • 22:21 20.05.2025
  • Oxunma sayı: 120
Uqo Larsson “Real Madrid”in maraq dairəsindədir

“Ayntraxt Frankfurt”un yarımmüdafiəçisi Uqo Larsson karyerasını “Real Madrid”də davam etdirə bilər.

90deqiqe.Az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu isveçli futbolçu ilə maraqlanır.

“Los Blancos”un skautları 20 yaşlı futbolçunun Frankfurt təmsilçisinin bir neçə oyunundakı çıxışını izləyiblər.

Qeyd olunur ki, “qaymaqlılar” Larssona maraqlarını artıq ötən ilin dekabr ayında göstərmişdilər.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 47 oyuna çıxıb, 6 qol vurub və iki məhsuldar ötürmə edib. Larssonun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Larsson İsveç millisinin heyətində 8 oyun keçirib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a