27 dekabr 2025. Şənbə

“Mançester Yunayted” Rayan Çerki ilə maraqlanır


  • Transfer
  • 23:36 20.05.2025
  • Oxunma sayı: 124
“Mançester Yunayted” Rayan Çerki ilə maraqlanır

“Lion”un yarımmüdafiəçisi Rayan Çerki İngiltərənin “Mançester Yunayted” klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az “Le Progrès”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq üçün mübarizəyə qoşulub.

Mənbənin məlumatına əsasən, fransız futbolçunun müqaviləsindəki satınalma bəndi 22,5 milyon avro təşkil edir.

Daha əvvəl Çerki ilə “Liverpul”, “Bavariya” və Dortmund “Borussiya”sının da maraqlandığı bildirilmişdi.

Rayan Çerki “Lion”un akademiyasının yetirməsidir. Bu mövsüm hücumameyilli yarımmüdafiəçi bütün turnirlərdə 44 oyuna çıxaraq 12 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a