- Transfer
- 05:56 15.06.2025
"Nyukasl"ın hücumçusu Entoni Qordon, iki böyük London klubunun maraq dairəsindədir.
90deqiqe.Az "İnews"ə istinadən xəbər verir ki, söhbət “Arsenal” və “Çelsi”dən gedir.
Sözügedən klublar artıq 24 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb. "Sağsağanlar"ın rəhbərliyi isə yarımmüdafiəçinin transferi üçün 95 milyon avro təklif alacağı təqdirdə, bunu nəzərdən keçirməyə hazırdır.
Qordon 2023-cü ilin yanvar ayından "Magpies"in üzvüdür. Entoni bu mövsüm "Nyukasl"da 41 matçda iştirak edib, doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt portalının ekspertləri vingerin bazar dəyərini 65 milyon avro qiymətləndirir.