- Transfer
- 05:56 15.06.2025
"Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Quimareşin karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantı var.
90deqiqe.Az-ın "ESPN"ə istinadən verdiyi xəbərə görə, braziliyalı yarımmüdafiəçi ilə “Əl-İttihad” maraqlıdır. Səudiyyə klubu transfer bazarında əsas hədəf kimi 27 yaşlı futbolçunu müəyyənləşdirib.
“Əl-İttihad” yarımmüdafiəçinin transferi üçün 120 milyon avro ödəməyə hazırdır.
Bruno bu mövsüm "Nyukasl"da 46 matçda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçinin "sağanlar"la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt onun dəyərini 80 milyon avro qiymətləndirir.