- Transfer
- 23:59 26.12.2025
"Sportinq"in hücumçusu Viktor Qyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Lequipe"ə istinadən verdiyi xəbərə görə, "Mançester Yunayted" futbolçunun transferində maraqlıdır.
"Qırmızı şeytanlar" son bir neçə həftə ərzində 26 yaşlı forvardın menecerləri ilə danışıqlar aparıblar.
"Mankunianlar"ın isveçli uğrunda mübarizədə əsas rəqibi Londonun "Arsenal"ıdır.
Forvardın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir. Onun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Viktor 51 oyun keçirib, 53 qol vurub və 13 məhsuldar ötürmə edib.