- Transfer
- 00:08 16.07.2025
"Arsenal", "Real Madrid"in ulduz forvardı Rodriqonu transfer etməyi ciddi şəkildə nəzərdən keçirir.
90deqiqe.Az-ın "Sky Sport"a istinadən yaydığı məlumata görə, London klubu artıq 24 yaşlı hücumçu ilə bağlı danışıqlara start verib.
Müqavilə mürəkkəb hesab olunsa da, "Arsenal" transferin baş tutması üçün bütün mümkün variantları araşdırır.
Daha əvvəl mətbuatda yer alan xəbərlərə görə, Xabi Alonso "Real Madrid"də iki hücumçu ilə oynamağı planlaşdırır. Bu səbəbdən Rodriqonun komandadan ayrılması mümkündür. "Transfermarkt" braziliyalı futbolçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm 50 matçda Rodriqo 13 qol vurub və 10 məhsuldar ötürmə edib.