- Transfer
- 23:11 19.06.2025
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını “Real Madrid”də davam etdirə bilər.
90deqiqe.Az-ın "The Guardian"a istinadən yaydığı məlumata görə, London klubu argentinalı futbolçunun transferinə qarşı çıxır və “Real Madrid”in bu istiqamətdəki cəhdlərini dayandırmaqda qətidir.
Bununla yanaşı, Enso Fernandesin “Çelsi”dən narazı olduğuna dair heç bir əlamət yoxdur. Futbolçunun yüksək qiyməti isə “Real Madrid”in onunla müqavilə imzalama imkanlarını sual altına alır.
24 yaşlı Enzo Fernandesin "Çelsi" ilə 2032-ci ilin ortalarına qədər olan uzunmüddətli müqaviləsi var. Nüfuzlu Transfermarkt portalı argentinalıya 75 milyon avro qiymət qoyub.