1 aprel 2026. Çərşənbə

Qabriel Veyqa yenidən Avropada oynaya bilər


  • Transfer
  • 23:24 21.05.2025
  • Oxunma sayı: 145
Qabriel Veyqa yenidən Avropada oynaya bilər

“Əl Əhli”nin (Ciddə) yarımmüdafiəçisi Qabriel Veyqa “Portu”nun maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, tərəflər arasında danışıqlar artıq inkişaf mərhələsindədir. Mümkün transferin dəyəri 16-17 milyon avro civarında qiymətləndirilir.

Qabriel Veyqa 2023-cü ilin yayında İspaniyanın “Selta” klubundan ayrılaraq Səudiyyə Ərəbistanı çempionatına keçib. Mövsüm ərzində o, 44 oyunda meydana çıxaraq 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Əl Əhli” hazırda Səudiyyə Ərəbistanı çempionatında 64 xalla 5-ci yerdə qərarlaşıb.







Transfer