Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Renato Sançesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Lill bu transferə görə Münhen təmsilçisinə 25 milyon avro ödəyib.
“Qeyd edək ki, Benfika”nın yetirməsi olan portuqaliyalı futbolçu, “Bavariya”ya 2016-cı ildə transfer olunmuşdu. O, 2017/18 mövsümünü icarə əsasında “Suonsi Siti”də keçirib.