- Transfer
- 01:45 14.06.2025
Rusiyanın "Zenit" klubu yay transfer pəncərəsi üçün heyətini gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın "Sport-Express"ə istinadən yaydığı məlumata görə, Sankt-Peterburq təmsilçisi, "Beşiktaş"ın yarımmüdafiəçisi Gedson Fernandeşin transferini nəzərdən keçirir.
"Mavi-ağ-mavilər" 26 yaşlı futbolçunun transferini bu yay reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, qış transfer pəncərəsində də "Zenit" və “Spartak” Fernandeşi transfer etmək üçün çalışsalarda bu keçid baş tutmamışdı.
Nüfuzlu Transfermarkt portalının ekspertləri, Gedson Fernandeşin bazar qiymətini 18 milyon avro olaraq qiymətləndirib. Portuqaliya millisinin üzvü olan Fernandes, indiyədək yığma komandasında iki dəfə meydana çıxıb.