- Transfer
- 05:56 15.06.2025
“Mançester Siti” “Milan”ın yarımmüdafiəçisi Tijani Reyndersin transferi ilə bağlı danışıqları davam etdirir.
90deqiqe.Az xəbər verir ki, “Milan” 26 yaşlı futbolçunu saxlamaq istəyir, lakin Reynders “Mançester Siti”yə keçidə müsbət yanaşır. Yarımmüdafiəçi Xosep Qvardiolanın rəhbərliyi altında oynamağı arzulayır.
Hazırda danışıqlar intensiv şəkildə davam edir və “şəhərlilər”in nümayəndələri yaxın günlərdə növbəti müzakirələr üçün İtaliyaya səfər edəcək.
Transfermarkt Tijani Reyndersin dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Bu yaxınlarda – martın əvvəlində 26 yaşlı futbolçu “Milan”la 2030-cu ilə qədər nəzərdə tutulan yeni əmək müqaviləsi imzalayıb.