- Transfer
- 23:11 19.06.2025
“Liverpul” “Atletik Bilbao”nun cinah yarımmüdafiəçisi Niko Uilyamsın transferini nəzərdən keçirir.
90deqiqe.Az-ın "Fichajes"yə istinadən yaydığı məlumata görə, Mersisayd təmsilçisi 22 yaşlı futbolçunu yay transfer dönəmində heyətinə qatmaq imkanını dəyərləndirir. İngiltərə çempionu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Daha əvvəl Niko Uilyamsla “Arsenal”, “Çelsi” və “Real Madrid” də maraqlanıb. Futbolçunun “Atletik Bilbao” ilə müqaviləsində təxminən 60 milyon avro dəyərində sərbəst buraxılma maddəsi yer alır.
Xatırladaq ki, ötən yay Niko Uilyams “Barselona”ya keçməyə yaxın olub.
"Liverpul" vaxtından əvvəl İngiltərə çempionu olub. Son tura yüksələn “qırmızılar” “Arsenal”ı 12 xal qabaqlayır.