- Transfer
- 23:11 19.06.2025
"Everton"un baş məşqçisi Devid Moyes müdafiə xəttini gücləndirmək üçün transfer alternativlərini nəzərdən keçirir.
90deqiqe.Az-ın "TEAMTalk" nəşrinə istinadən yaydığı məlumata görə, Moyesin maraq dairəsində olan əsas namizədlərdən biri “Nant” klubunun mərkəz müdafiəçisi Natan Zezedir. Fil dişi əsilli fransalı futbolçu 190 sm boya malikdir və əsasən sol ayaqlı müdafiəçi kimi tanınır.
Mənbənin qeyd etdiyinə görə, gənc müdafiəçi Premyer Liqa klublarındakı bir çox mərkəz müdafiəçilərindən daha hərəkətli oyun tərzinə sahibdir. Futbol mütəxəssisləri onun oyun üslubunda yaxın gələcəkdə “Real Madrid”in heyətinə qoşulacaq Din Huysenlə müəyyən oxşarlıqlar görürlər.
19 yaşlı Zeze bu mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib. O, ayaq biləyindən aldığı zədə səbəbilə təxminən 3 ay yaşıl meydanlardan uzaq qalıb.