20 aprel 2026. Bazar ertəsi

Premyer Liqa klubları "Ayaks"ın müdafiəçisi ilə maraqlanır


  • Transfer
  • 17:24 23.05.2025
  • Oxunma sayı: 124
Premyer Liqa klubları "Ayaks"ın müdafiəçisi ilə maraqlanır

"Ayaks"ın müdafiəçisi Jorrel Hato yay transfer dönəmində klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının bir sıra klubları 19 yaşlı müdafiəçi ilə maraqlanır. "Nyukasl" da bu klublar arasında yer alır. "Sağsağanlar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Daha əvvəl niderlandlı futbolçu ilə "Çelsi", "Arsenal", "Liverpul" və digər aparıcı klubların da maraqlandığı bildirilmişdi.

Bu mövsüm Hato bütün turnirlərdə 50 oyunda meydana çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun "Ayaks"la olan müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun dəyəri 30 milyon avro qiymətləndirilir.







Transfer