- Transfer
- 23:53 27.03.2026
"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsin "Liverpul"a mümkün transferi ilə bağlı yeni detallar məlum olub.
90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən yaydığı məlumata görə, 22 yaşlı futbolçunun "Liverpul"a keçidi reallaşmağa yaxındır. Mersisayd təmsilçisinin bu transferə nikbin yanaşdığı və tələb olunan məbləği ödəməyə hazır olduğu bildirilir.
Mənbənin iddiasına görə, sövdələşmə baş tutacağı təqdirdə alman oyunçu "Liverpul" ilə 5 illik müqavilə imzalayacaq.
Cari mövsümdə Florian Virts bütün turnirlərdə 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl "Liverpul"un bu transferlə Premyer Liqa tarixindəki ən bahalı anlaşmalardan birinə imza atmağa hazır olduğu barədə xəbərlər yayılmışdı.