20 iyun 2025. Cümə

"Real Madrid" Modriçi onunla əvəz edəcək


  • Transfer
  • 22:19 23.05.2025
  • Oxunma sayı: 63
"Real Madrid" Modriçi onunla əvəz edəcək

"Real Madrid" yarımmüdafiəçi Luka Modriçin yayda ayrılacağını nəzərə alaraq yeni yarımmüdafiəçi axtarır.

90deqiqe.Az-ın "Marca"a istinadən yaydığı məlumata görə, Madrid klubu PSJ-dən Vitinyanı heyətinə qatmaq niyyətindədir.

İspaniya nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

25 yaşlı yarımmüdafiəçi Transfermarkt tərəfindən 60 milyon avro qiymətləndirilir. Portuqaliyalının Paris klubuyla olan müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

 

 

 






Transfer