28 mart 2026. Şənbə

Vardi İspaniyanın məşhur klubuna keçə bilər


  • Transfer
  • 23:02 23.05.2025
  • Oxunma sayı: 150
Vardi İspaniyanın məşhur klubuna keçə bilər

"Lester Siti"nin hücumçusu Ceymi Vardi karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki,  "Valensiya" 37 yaşlı forvardın xidmətində maraqlıdır.

Bildirilir ki, klubun baş məşqçisi Karlos Korberan ingilis hücumçunun transferində israrlıdır. O, təcrübəli hücumçunun növbəti mövsümdə komandaya ciddi töhfə verəcəyinə inanır. Artıq tərəflər arasında ilkin danışıqlara da başlanılıb.

Qeyd edək ki, Vardi yay transfer pəncərəsində "Lester"dən azad agent kimi ayrılacaq. Bu mövsüm o, 36 oyunda iştirak edərək 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer