- Transfer
- 23:53 27.03.2026
"Arsenal"ın gənc vingeri Ethan Nvaneri aparıcı Avropa klublarının maraq dairəsindədir.
90deqiqe.Az xəbər verir ki, bir sıra nəhəng klubların marağına baxmayaraq, "Arsenal" rəhbərliyi 18 yaşlı istedadlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Nvaneri bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 9 qol vurub və iki məhsuldar ötürmə edib.
Nvanerinin "Arsenal"la hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.