14 iyun 2025. Şənbə

"Bavariya" Bruno Fernandeşi transfer etmək istəyir


  • Transfer
  • 23:34 23.05.2025
  • Oxunma sayı: 52
"Bavariya" Bruno Fernandeşi transfer etmək istəyir

"Bavariya" "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeşə marağını artırıb.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, Alman klubu "Bayer"in futbolçusu Florian Virtsin transferində uğursuzluqla qarşılaşdıqdan sonra 30 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Mənbə bildirir ki, "Mançester Yunayted" portuqaliyalınınsatılmasını planlaşdırmır. Lakin klub 100 milyon funt-sterlinqdən (təxminən 119 milyon avro) yuxarı təklifləri nəzərdən keçirməyə hazırdır.

"Bavariya" nümayəndələrinin yaxın günlərdə bu transferi müzakirə etmək üçün "Mançester Yunayted" rəhbərliyi ilə görüş keçirməsi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Florian Virtsin "Bayer"dən "Liverpul"a 150 milyon avroya keçidi ilə bağlı xəbərlər yayılmışdı.







Transfer